Qadin.NET / Rəsul Çunayev lider oldu

Rəsul Çunayev lider oldu

Rəsul Çunayev lider oldu
Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmkətindən ANS PRESS-ə daxil olan məlumata görə, Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb.Son Dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, gümüş medalçı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də 5-ci yerdə qərarlaşan Rafiq Hüseynov olub.
Rəsul Çunayev lider oldu

 

Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Elvin Mürsəliyev 8-ci, Saman Təhmasibi 6-cı, Sabah Şəriəti isə 10-cu sıradadır.  Rəsul Çunayev Bakıda keçirilən I Avropa Oyunlarında qazandığı qələbədən sonra Azərbaycan prezidenti İlham Əliyevə verdiyi əsgər salamı ilə ölkə ictimaiyyətinin yadında qalıb.  

Mənbə: ANS PRESS

 

9 aprel 2016
GO BACK