Qadin.NET / Daha bir şəhidmizin adı bilindi

Daha bir şəhidmizin adı bilindi

Daha bir şəhidmizin adı bilindi
Aprelin 2 -dən sonra cəbhədə gedən qızğın döyüşlərdə Azərbaycanın milli ordusu daha bir şəhid verib.

ANS PRESS-in məlumatına görə, bu, 22 yaşlı Elvin Azadxan oğlu Mirzəyevdir. Milli ordu sıralarına 2015 -ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsindən hərbi qulluğa çağırılan Elvin Mirzəyevin meyidi bu gün hərbçilərimizin təmas xəttindən götürdüyü beş meyiddən biridir.Onun cəbhə zonasında şəhid olmasını Xaçmaz İcra Hakimiyyəti başçısının 1 ci müavini Yetkin Mehmanov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz şöbəsinin rəisi Asif Nemətov da təsdiqləyib.Hazırda meyit Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Yevlax şöbəsindədir. Şəhid Elvin Mirzəyevin meyidinin Xaçmaza göndərilməsi üçün hazırlıq işləri görülür.

Mənbə: ANS PRESS

 

8 aprel 2016
GO BACK