Qadin.NET / Qarabağ erməniləri Sarkisyanı hədələdilər

Qarabağ erməniləri Sarkisyanı hədələdilər

Qarabağ erməniləri Sarkisyanı hədələdilər
Serj Sarkisyan Ermənistana xəyanət edir".

Milli.Az ANS PRESS-ə istinadən bildirir ki, bu barədə Qeyri Hökümət Təşkilatı (QHT) "Şuşanın xüsusi batalyonun üzvləri"nin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, cəbhədə vəziyyət gərginləşəndən sonra Sarkisyan Dağlıq Qarabağa xarici hərbi qüvvələri yerləşdirmək fikrinə düşüb."Ermənistan iki tərəf arasında sülh yarada biləcək qüvvələrin olmasına da razıdır"."Prezident Serj Sarkisyan bu postu tutandan qoşunların yerləşdirilməsi barədə daha çox düşünür. Bu ən azından xəyanətdir. Heç kimə sirr deyil ki, xarici qoşunların yerləşdirilməsi Dağlıq Qarabağın itirilməsi deməkdir. Bu hətta Ermənistanın müstəqilliyinin ləğv edilməsinə gətirib çıxaracaq".Hərbçilər bildiriblər ki, Serj Sarkisyan bu proqramı həyata keçirəcəyi təqdirdə ümumxalq müqaviməti ilə qarşılaşacaq. Sarkisyan hakimiyyəti devrilə bilər. Biz icazə verməyəcəyik ki, xarici qoşunlar torpaqlarımıza ayaq atsınlar".Cəbhə xəttində vəziyyət gərginləşəndən sonra Ermənistan cəmiyyətində  Serj Sarkisyan rejiminə qarşı münasibət kəskin şəkildə dəyişib.

İnsanlar Sarkisyanın Azərbaycanla apardığı müharibəni uduzduğunu hesab edirlər. Hətta bəzi hallarda onun Qarabağı güzəştə gedəcəyini düşünürlər.Serj Sarkisyan Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşündən sonra mətbuata açıqlamasında bildirib ki, Ermənistan Qarabağda sülhməramlıların yerləşdirilməsinə qarşı deyil. "Biz bunun heç vaxt əleyhinə  olmamışıq. İstəyirik ki, münaqişə bütövlükdə həll edilsin. Ermənistan iki tərəf arasında sülh yarada biləcək qüvvələrin olmasına da razıdır". Sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsinin müzakirə olunduğu bir vaxtda PKK terror təşkilatının 400 silahlısının orada olduğu bildirilir.Cəbhədə vəziyyətin gərginləşdiyi ilk gündən - aprelin 2-dən bu yana terrorçular regiona göndərilməyə başlanılıb. Həmin terrorçular Kandil dağı və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq Ağrı dağı ərazisindən Ermənistana keçiblər. Terrorçular Göyçə gölü ətrafında PKK üçün ayrılan Vardenes düşərgəsində yerləşdiriliblər. Onlar Vardenes düşərgəsində daha öncə bura gələn 80 nəfərlə birləşiblər.  Ermənistana terrorçular göndərmə planına rəhbərlik edən şəxs Türkiyənin Tunceli şəhərində doğulan Bese Hozat adlı PKK üzvüdür.  Təmas xəttinə göndərilən terrorçular arasında PKK-nın Suriya qolu olan PYD sıralarında savaşan 150 erməni də var. Yəqin ki, cəbhədəki son vəziyyət Ermənistan rəhbərliyi və xalq arasında münasibətləri daha da kəşkinləşdirəcək. Çünki hazırki rejim erməni xalqını uzun illər "Qarabağ bizimdir" deyərək aldadıb. Həmçinin iqtisadi və siyasi cəhətdən blokadada saxlayıb. İndi isə çətinə düşən kimi terrorçulara və xarici sülhməramlılara müraciət edir. Bu isə əlbəttə ki, uzun illər Qarabağa görə çətin vəziyyətdə yaşayan erməni xalqının səbrini daha da daraldır. 

Mənbə: Milli.Az

 

8 aprel 2016
GO BACK