Qadin.NET / "Türkiyə haqlı davasında Azərbaycanın yanındadır"

"Türkiyə haqlı davasında Azərbaycanın yanındadır"

"Türkiyə haqlı davasında Azərbaycanın yanındadır"
“Biz ATƏT-in Minsk qrupunun üzvüyük. Lakin faktiki olaraq üç həmsədr Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə məşğuldur və digər üzvlər prosesdən kənarda qalıb. Halbuki hər üç ölkə erməni lobbisinin çox güclü olduğu ölkələrdir. Yəni burada balanslı vəziyyətdən danışmağın yeri yoxdur". ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu açıqlamasında deyib. 

Onun sözlərinə görə, Türkiyə və digər ölkələrin müdaxiləsini Ermənistan və Rusiya istəmir."Bu səbəbdən Vyanada Almaniyanın məsələyə qarışması üçün təşəbbüs göstərmişik. Bilirsiniz ki, ATƏT-ə sədrlik edir. Minsk qrupunun dəyişməsi qənaətindəyik. Yəni qrupun bütün üzvləri bu prosesdə iştirak etməlidir". Baş nazir Qarabağda - cəbhə xəttində baş verən son döyüşlərdən də danışıb. O deyib ki, Türkiyə Azərbaycanın haqlı davasında onun yanındadır.Davudoğlunun sözlərinə görə, Azərbaycana yönəlmiş hər təhdid Türkiyəyə yönəlib. "Azərbaycanın ərazi bütövlüyü və taleyi bizim taleyimizdir".

Mənbə: ANS PRESS

 

8 aprel 2016
GO BACK