Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır. Əlavə məlumat veriləcək.Bu barədə qondarma rejimin “müdafiə ordusu”nun operativ şöbəsinin rəhbəri Viktor Arustamyan da məlumat yayıb. “Razılığa gəlmişik ki, bu gün saat 15:00-dan başlayaraq şimal və cənub istiqamətlərində atəş dayandırılacaq və həm erməni, həm də Azərbaycan tərəfindən həlak olmuş döyüşçülərin meyitlərinin axtarışına başlanacaq”.
Mənbə: ANS PRES