Qadin.NET / Xankəndində güclü partlayışlar və pulemyot səsləri

Xankəndində güclü partlayışlar və pulemyot səsləri

Xankəndində güclü partlayışlar və pulemyot səsləri
Bu gün axşam saatlarında işğal altındakı Xankəndində güclü partlayışlar baş verib. ANS PRESS-in məlumatına görə, bu barədə "RİANovosti" agnetliyi xəbər yayıb.

Məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyi ilə danışıqlar apardığı saatlarda şəhərdə bir-birinin ardınca bir neçə güclü partlayış baş verib."Həmsədrlərin qondarma “DQR prezidenti” Bako Saakyanla görüşünün keçirildiyi saatlarda şəhər bir-birinin ardınca baş verən partlayışlarla silkələnib", - agentliyin Xankəndində olan müxbiri məlumat verib.Bundan başqa, şəhərin kənarında pulemyot atışi səsləri eşidilib, işıqsaçan güllələr görünüb. Danışıqların nəticələrini gözləyən jurnalistlər baş verənləri lentə alıblar.Lakin qondarma rejimin nümayəndələrindən şəhərdə nə baş verdiyi haqda məlumat almaq mümkün olmayıb.

Mənbə: ANS PRESS

7 aprel 2016
GO BACK