Milli.Az SOCAR-ın mətbuat xidmətinə istinadən bildirir ki, ekspertlərin rəyinə əsasən, cəsəd 28 May NQÇ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Edik Rivazin oğlu Rzaxanovundur.O, dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli" yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir. Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və "Günəşli" yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
Mənbə: Milli.Az