Qadin.NET / 23 il sonra Lələtəpədə Quran səsi eşidildi

23 il sonra Lələtəpədə Quran səsi eşidildi

 

23 il sonra Lələtəpədə Quran səsi eşidildi

ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Rahib Qərib Ağdam rayonundan son məlumatları çatdırıb. Ağdamın Sarıcalı kəndində olan müxbir bildirib ki, ermənilərin son günlərdə cəbhəyanı kəndləri, mülki vətəndaşların yaşadığı məhəllələri atəşə tutması nəticəsində çoxlu sayda ev yararsız hala düşüb.

 

Hazırda  qarşısında dayandığı evə də  mərmi düşdüyünü söyləyən müxbir qadınların və uşaqların təhlükəsiz yerə aparıldığına görə heç kimin zərər çəkmədiyini bildirib.

Gecə saatlarında Goranboyun Tapqaraqoyunlu kəndində çox ciddi atəşkəs pozuntuları qeydə alındığını söyləyən Rahib Qərib kəndin ermənilər tərəfindən artilleriya hücumlarına məruz qaldığını da əlavə edib.

Daha sonra müxbir ermənilərin atdığı mərmi zərbəsi nəticəsində dağılmış məktəb binasını göstərib.

“Vaxtilə bu məktəb Azərbaycan ordusunun  bir bölməsinin yerləşdiyi yer olub. Bu, onu deməyə imkan verir ki,  ermənilər köhnəlmiş kəşfiyyat məlumatları ilə, köhnə koordinatlar əsasında atəş açır. Bəlkə də buranı hərbi obyekt hesab edib vurublar. Bu da məktəbin dağılması ilə nəticələnib. Səhər saatlarında iriçaplı silahlardan atəş səsləri eşidilsə də hazırda nisbi sakitlik hökm sürür”.

Mənbə: ANS PRESS

7 aprel 2016
GO BACK