Qadin.NET / Türkiyənin məşhur müğənnisindən Qarabağ mesajı

Türkiyənin məşhur müğənnisindən Qarabağ mesajı

 

Türkiyənin məşhur müğənnisindən Qarabağ mesajı

Türkiyəli məşhur müğənni Demet Akalın cəbhədə baş verən hadisələrdən sonra Azərbaycana dəstəyini nümayiş etdirib. ANS PRESS-in məlumatına görə, müğənni 4 milyonluq  “İnstagram” səhifəsində Azərbaycana olan sevgisini nümayiş etdirib. O, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsinə dair petisiyaya qoşulmağa səsləyib. Ağ Ev administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama administrasiyasına petisiya ilə müraciət açılıb.“Hər kəs işğalın fərqindədir. Ermənistanın Azərbaycandakı işğalına sən də dur de. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi və bölgədəki fəlakətin qarşısının alınması üçün səs ver, dəstək ol" sözləri yazılmış foto paylaşıb. Demet Akalının bu paylaşımı 5 dəqiqə ərzində minlərlə insan tərəfindən bəyənilib və şərh edilib. Azərbaycanlı və türk izləyiciləri tərəfindən ifaçının Azərbaycana dəstəyi müsbət qarşılanıb.

 

Mənbə: ANS PRESS

7 aprel 2016
GO BACK