Qadin.NET / PKK Qarabağa 400 terrorçu göndərdi

PKK Qarabağa 400 terrorçu göndərdi

PKK Qarabağa 400 terrorçu göndərdi
Son günlər cəbhədə baş verən hadisələrdən sonra Ermənistan ordusu ciddi itkilərlə üzləşib. Onlarla hərbçisini itirən ordu sıralarında əsgər çatışmazlığı özünü açıq-aydın biruz verir. Ermənistan tərəfi böyük itkilər verdikdən sonra artıq orduya qocaları da cəlb eləməyə başlayıblar. Görünən odur ki, orduya cəlb edilən mülki şəxslərin əksəriyyəti yaşı 60-ı ötmüş, ayaq üstə güclə dayanan ağsaqqallardır. Yaşlıları belə məcburi şəkildə təmas xəttinə yığmağa başlayan Ermənistan öz istəyinə nail ola bilmədiyini görəndə terror təşkilatlarına üz tutub. PKK terror təşkilatı Ermənistana dəstək məqsədilə 400 silahlı göndərib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, cəbhədə vəziyətin gərginləşdiyi ilk gündən - aprelin 2-dən bu yana terrorçular regiona göndərilməyə başlanılıb. Həmin terrorçular Kandil dağı və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq Ağrı dağı ərazisindən Ermənistana keçiblər.Terrorçular Göyçə gölü ətrafında PKK üçün ayrılan Vardenes düşərgəsində yerləşdiriliblər. Onlar Vardanis düşərgəsində daha öncə bura gələn 80 nəfərlə birləşiblər.  

Ermənistana terrorçular göndərmə planına rəhbərlik edən şəxs Türkiyənin Tunceli şəhərində doğulan Bese Hozat adlı PKK üzvüdür. Təmas xəttinə göndərilən terrorçular arasında PKK-nın Suriya qolu olan PYD sıralarında savaşan 150 erməni də var. Qarabağda vəziyyət gərginləşdiyi üçün terrorçular da Azərbaycanın işğal altında olan bölgələrinə göndəriliblər. Məlumata görə, Dağlıq Qarabağagöndərilən ermənilər Azərbaycanın 3 rayonunda yerləşdirilib. Bunlar Şuşa,Laçın və Kəlbəcərdir. Buradan isə təmas xəttinə daha yaxın olan və döyüşlər gedən Ağdam, Cəbrayıl, Zəngilan və Füzuliyə göndəriliblər. PKK təlimatı ilə göndərilən terrorçular arasında bomba sahəsində təlim görənlər daha çoxdur.

Mənbə: ANS PRESS

 

7 aprel 2016
GO BACK