Qadin.NET / Kəlbəcərdə iki erməni hərbçi öldü

Kəlbəcərdə iki erməni hərbçi öldü

Kəlbəcərdə iki erməni hərbçi öldü
Bu gecə Kəlbəcərdə iki erməni hərbçi ölüb. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan öz şəxsi "Facebook" səhifəsində yazıb.

Məlumatda bildirilir ki, ölən şəxslər haqqında təfərrüatlar ictimaiyyətə daha sonra çatdırılacaq.Cəbhə xəttində gərginlik aprelin 2-dən etibarən başlayıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə aprel ayının 2-də  növbəti dəfə təxribat törətməyə çalışıb.  Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Mənbə: ANS PRESS

 

6 aprel 2016
GO BACK