Milli.Az Qafqazinfo-ya istinadən bildirir ki, hazırda görüşün baş tutacağı Federal Kansler binasının qarşısında xeyli sayda azərbaycanlı var. Onlar erməni prezidentinə qarşı keçirilən mitinqdə iştirak edərək bir milyondan çox məcburi köçkünə dəstək nümayiş etdirir, son günlər cəbhə xəttində baş verən erməni təxribatlarına etiraz edirlər.Etiraz mitinqində iştirak edən soydaşlarımızın sözlərinə görə, hazırda Sarkisyan Federal Kansler binasına daxil olub. Aksiya iştirakçıları "Qarabağ bizimdir, bizim olacaq" şüarlarını səsləndirirlər. Binanın qarşısında 300-dən çox etirazçı var.
Mənbə: Milli.Az