Qadin.NET / Qənirə Paşayeva: "Ağlı özünə saxlasın, lazımı olar"

Qənirə Paşayeva: "Ağlı özünə saxlasın, lazımı olar"

 

Qənirə Paşayeva: "Ağlı özünə saxlasın, lazımı olar"

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşın Ermənistanı dəstəkləməsi ilə bağlı çıxışına sərt münasibət bildirib.

 

Milli.Az Qafqaz.info-ya istinadən bildiir ki, millət vəkili sözügedən açıqlamanı qınadığını ifadə edib və Demirtaşdan fərqli açıqlama gözləmədiyini bəyan edib: "Onun Türkiyə ilə bağlı açıqlamalarını bilənlər Azərbaycanla da bağlı fərqli açıqlama gözləyə bilməzdilər. Bu günə qədər Ermənistanın Xocalıda törətdiyi soyqırımla bağlı bir kəlmə də danışmayıb. Hər zaman ermənilərə dəstək olub.Demirtaş deyir ki, Qarabağ muxtar bölgə idi. Oradakı insanlar necə istəyirlərsə buna hörmət etməlidirlər. Bu bir yalandır. Qarabağ sovet işğalında yaşadığımız illərdə də Azərbaycanın bir parçası idi. İndi də Ermənistan və Demirtaş xaric bütün dünya ölkələri və beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın bir parçası kimi qəbul edir. Dəmirtaş Ermənistanın Qarabağı işğal edərək Azərbaycan türklərinin hamısını evindən zorla, soyqırımlar törədərək çıxardığını və bu gün həmin ərazilərdə bir nəfər belə türkün yaşamadığını deyəsən, unudub. Amma unutmayıb. Ermənistanı və erməniləri dəstəkləyən biri, təbii ki, bunları heç bir vaxt söyləmək istəməyəcək. Biz kimin kim olduğunu yaxşı bilirik.Ön cəbhədə yaşanan olaylardan dolayı Türkiyəni belə haqsız yerə ittiham edən Dəmirtaş yaşanan hadisələrin tək günahkarı olan Ermənistana heç nə demir. Dəmirtaşın bizə nəyi necə edəcəyimizlı bağlı ağıl verməsinə ehtiyacımız yoxdur. O ağlı özünə saxlasın. Bəlkə, lazımı olar".

Mənbə: Milli.Az

6 aprel 2016
GO BACK