Qadin.NET / Lavrov bu gün Azərbaycana gəlir

Lavrov bu gün Azərbaycana gəlir

Lavrov bu gün Azərbaycana gəlir
Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Bakıya gəlir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, S. Lavrov aprelin 7-də Bakıda keçiriləcək Azərbaycan, İran və Rusiya XİN başçılarının görüşündə iştirak edəcək.
"Nazirin bu səfəri son hadisələrlə əlaqədar daha vacib əhəmiyyət kəsb edir. Bakıda Sergey Lavrovun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüşü də planlaşdırılır. Görüşdə Dağlıq Qarabağdakı vəziyyət də müzakirə olunacaq", - deyə M. Zaxarova qeyd edib.

Mənbə: Milli.Az

 

6 aprel 2016
GO BACK