Qadin.NET / Türkiyə parlamentindən çağırış: Qarabağı azad edin

Türkiyə parlamentindən çağırış: Qarabağı azad edin

Türkiyə parlamentindən çağırış: Qarabağı azad edin
Türkiyə Böyük Millət Məclisi (TBMM) Ermənistanı Qarabağdan çıxmağa çağırıb. ANS PRESS-in məlumatına görə, parlamentin 3 aparıcı partiyası (AKP, MHP, CHP) bu barədə birgə bəyanat səsləndirib.

Bəyanatda qeyd olunur ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycan-Ermənistan cəbhəsində vəziyyət gərginləşib.

“25 ildir Azərbaycan torpaqlarının 1/5 hissəsini işğal altında saxlayan Ermənistan bir daha təcavüzkar və qeyri-legitim siyasət nümayiş etdirdi. Biz qətiyyətlə Ermənistanın siyasətini qınayırıq. Bu siyasət nəticəsində milyonlarla azərbaycanlı qardaşlarımız evlərini tərk etmək məcburiyyətində qalıblar”, - bəyanatda deyilir.Parlament komissiyasının üzvləri döyüşlərdə həlak olan Azərbaycan şəhidlərinin ailələrinə başsağlığı veriblər.Türkiyə parlamentinin xarici əlaqələr üzrə komissiyası Ermənistan rəhbərliyini bölgədəki stabillik və sülhü təhlükəyə atan təcavüzkar siyasətə son qoymağa çağırıb.Komissiya üzvləri qeyd ediblər ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və ədalətli həllinə nail olmaq üçün təzyiqlərini daha da artıracaq.

Mənbə: ANS PRESS

 

6 aprel 2016
GO BACK