"Xankəndi boşaldılır"
Rusiyalı jurnalist Andrey Borodul ermənilərin nəzarətində olan Dağlıq Qarabağdakı son vəziyyətdən danışıb. ANS PRESS-in məlumatına görə, Andrey “Kommersant” qəzetinin müxbirinin suallarını cavablandırıb. Jurnalist bildirib ki,Xankəndi şəhərindən Hadrut qəsəbəsinə tərəf gedir. “Hazırda Qarabağın cənubundayam. Azərbaycan Müdafiə Nazirliyinin şəhərə zərbələr endiriləcəyi haqda xəbərdarlıq etməsinə baxmayaraq, Xankəndində gecə və səhər saatlarında sakitlik müşahidə olunub. İndi, demək olar ki, Qarabağın üçdə bir hissəsini keçmişik, cənub istiqamətində gedirik. Yollar tamamilə boşdur. Heç bir istiqamətdə, mülki nəqliyyat vasitəsi hərəkət etmir. Eyni zamanda heç bir hərbi maşın kalonu, hərbçilərin daşınmasınması müşahidə olunmur”, - deyə jurnalist bildirib. Jurnalist qondarma respublikanın orduya könüllüləri cəlb etdiyini təsdiqləyib. O, qondarma rejimin müdafiə nazirliyinə istinadla bildirib ki, könüllülər müraciət etdikdə onları da orduya yazırlar.Jurnalist qondarma respublikanın orduya könüllüləri cəlb etdiyini təsdiqləyib. O, qondarma rejimin müdafiə nazirliyinə istinadla bildirib ki, könüllülər müraciət etdikdə onları da orduya yazırlar.
Mənbə: ANS PRESS
5 aprel 2016
GO BACK