Məlumatda qeyd olunur ki, erməni tərəfi döyüş zamanı 7 tankını da itirib.RİA Novosti isə yazır ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının zərbəsi nəticəsində münaqişə zonasında 7 könüllünün öldüyü barədə məlumat verib.Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Hovannisyan deyib ki, Azərbaycanın döyüş tipli pilotsuz uçuş aparatı aprelin 4-ü axşam saatlarında erməni könüllülərin olduğu avtobusa zərbə endirib, nəticədə yeddi nəfər ölüb.Daha öncə döyüş tipli pilotsuz uçuş aparatın zərbəsi nəticəsində 5 nəfərin öldüyü bildirilirdi.
Mənbə: Milli.Az