Qadin.NET / İran Ermənistana xəbərdarlıq etdi

İran Ermənistana xəbərdarlıq etdi

İran Ermənistana xəbərdarlıq etdi
İran Dağlıq Qarabağ tərəfindən ərazisinə təkrar açılan atəşə sərt cavab verəcək. ANS PRESS-in məlumatına görə, İran Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindən ərazisinə mərmi atan Ermənistana xəbərdarlıq edib. 

Ermənistanın ötən gün işğal altında olan Dağlıq Qarabağdan atdığı top mərmilərindən 3-ü İran ərazisinə düşüb."Fars" xəbər agentliyinin məlumatına görə, İran rəsmiləri mərmilərin düşdüyü ərazilərdə təhlükəsizliyin bərpa edildiyini açıqlayıb. "Amma biz ölkəmizə qarşı istənilən təcavüzə qarşı sərt addımlar atacağıq". Ötən gün Ermənistan silahlı bölmələrinin Hadrud istiqamətində endirdiyi zərbələr nəticəsində mərmilərdən 3-ü Xudafərin şəhəri ərazisinə düşüb. Nəticədə İran ərazisindəki elektrik stansiyasına ziyan dəyib və işıqlar sönüb. Ölən və yaralanan yoxdur.İran Sərhəd Qoşunlarının nümayəndələri məsələ ilə bağlı insident tərəfləri ilə danışıb.İranın  Şərqi Azərbaycan əyalətində sərhəd bölgəsi ərazisində yerləşən şəhər və kəndlərində təhlükəsizlik tədbirləri də gücləndirilib.

Mənbə: ANS PRESS

4 aprel 2016
GO BACK