Qadin.NET / "Şuşa boşaldılıb, Hadrut tərəfdə ağır döyüşlər gedir”

"Şuşa boşaldılıb, Hadrut tərəfdə ağır döyüşlər gedir”

 

"Şuşa boşaldılıb, Hadrut tərəfdə ağır döyüşlər gedir”

“Şuşa boşalır, insanlar evlərini tərk edir”. ANS PRESS-n məlumatına görə, bu sözləri erməni jurnalist Şaqen Nazaryan Rusiyanın “Komsomolskaya Pravda”qəzetinə müsahibə verərkən deyib. “Dağlıq Qarabağda könüllülərin səfərbərliyi aparılır, mülki əhali isə tələsik evlərini tərk edir” – deyə jurnalist müsahibəsində bildirib.

 

“Hazırda mən özüm Rusiyadayam, amma anam da daxil olmaqla bütün qohumlarım Qarabağdadır. Bu gün anamla danışmışam. O dedi ki, şəhərdə kişilər səfərbər edilir, evlər boşaldılır. Cənubda – Hadrutda isə qızğın döyüşlər gedir. Əgər vəziyyət dəyişməsə, qohumlarım uşaqları dəhliz vasitəsi ilə İrəvana gətirəcək” - deyə jurnalist əlavə edib.Nazaryan onu da qeyd edib ki, xəstəxanalar yaralılara qan çatdırmaqda çətinlik çəkir.Digər bir məlumatda isə erməni hərbçilər bölgədə baş verən döyüşlərdən təşvişə düşərək Dağlıq Qarabağı tərk etmək istəyən mülki vətəndaşların qarşısını almaq üçün yolları bağlayıb. Məlumatlarda qeyd olunur ki, Əsgəran rayonunu tərk etmək istəyən əhalinin qarşısını almaq üçün erməni hərbi qüvvələri rayonun çıxışında postlar qurub.Şəhəri tərk etmək istəyən əhali geri qaytarılır. Tabe olmayan mülki şəxlərə qarşı hətta zor tətbiq edildiyi də bildirilir.

Mənbə: ANS PRESS

4 aprel 2016
GO BACK