Ötən gün də cəbhədə silah səsləri sumadı. Azərbaycan tərəfinin əks həmlə əməliyyatını birtərəfli qaydada dayandırmaq qərarına baxmayaraq axşam saatlarında təmas xəttində yenidən artileriya silahları işə düşüb. ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, cəbhə xəttində mövqelərini itirən qarşı tərəf yenidən təxribata əl atdı.
Erməni silahlı birləşmələri dinc sakinlərin yaşadığı məntəqələri atəşə tutmağa davam edir. Bu dəfə atılan mərmilərdən biri TərtərinAzadqaraqoyunlu kənd sakinilərindən birinin evinə düşüb. Ev sahibinin sözlərinə görə partlayış nəticəsində evdə qısamüddətli yanğın baş verib. “Gördük yanır vedrə ilə su tökdük keçirdik. Heyvanları yerləşdirirdim gəldi düşdü. İkisi də keçdi məndən biraz aşağı qonşudan da aşağı.” – deyə yerli sakin Mirzə Rəhimov bildirir Yerli icra nümayəndəsi Nazim Xəlilov kənd ərazisinə düşən mərmilərin partlaması nəticəsində hələlik iki evə ziyan dəydiyini aşkar etdiklərini bildirdi. “Kəndə bir neçə yerə düşüb hal-hazırda yeri müyyən deyil amma xəsarət yoxdu salamatçılıqdı.” Tərtər rayon FHN-nın sədr müavini İlqar Musayev isə bildirdi ki, kəndin artilleriya silahlarından atəşə məruz qalması nəticəsində elektrik təsərrüfatına, kommunikasiya xətlərinə ciddi ziyan dəyib. Kəndə gələn qaz borusu da zədələnib. O cümlədən Tərtərin Qapanlı kəndində yüksək gərginlikli elektirk xətləri və dirəklər sıradan çıxıb.
Mənbə: ANS PRESS