Qadin.NET / "Qarabağda yüzlərlə erməni əsgəri öldürülüb"

"Qarabağda yüzlərlə erməni əsgəri öldürülüb"

"Qarabağda yüzlərlə erməni əsgəri öldürülüb"
Qarabağda yüzlərlə erməni əsgəri öldürülüb.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu sözləri fransalı deputat Valeri Buaye bildirib.Ermənipərəst mövqeyi ilə seçilən deputat Valeri Buaye bu sözləri Azərbaycan ordusu ilə döyüşlər zamanı həlak olan erməni hərbçilərinin ailələrinə başsağlığı verərkən deyib."Azərbaycan tərəfi hücum edib. Vəziyyət çox ağırdır. Yüzlərlə erməni hərbçisi öldürülüb və çoxsaylı mülki sakin həyatını itirib" - deyə deputat əlavə edib.Ermənistan hakimiyyəti döyüşlər zamanı ölən və yaralananlar barədə yanlış məlumat verməklə real insan tələfatını ölkə ictimaiyyətindən gizlətməyə çalışır. Fransalı deputat bu sözləri ilə bilavasitə Ermənistan hakimiyyətini ifşa edib.Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Mənbə: Milli.Az

 

4 aprel 2016
GO BACK