Qadin.NET / Ermənilər kəndimizi vurdu: iki yaralı

Ermənilər kəndimizi vurdu: iki yaralı

Ermənilər kəndimizi vurdu: iki yaralı
Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttindəki Seyidimli kəndini artilleriya atəşinə tutması nəticəsində kənd sakinlərindən iki nəfər yaralanıb.
Milli.Az APA-ya istinadən bildirir ki, ermənilərin atdığı mərmilərdən biri kənd sakini Sahib Vəliyevin evinə düşüb.
Nəticədə 1951-ci il təvəllüdlü S. Vəliyev və onun nəvəsi, 2003-cü il təvəllüdlü  Vəlizadə Sənan Saleh oğlu yaralanıb. Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan yaralıların daxil olması faktı təsdiqlənib.

Mənbə: Milli.Az

3 aprel 2016
GO BACK