Davudoğlu: "Ermənilərin qarşısını aldınız, təbrik edirəm"
Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyənin Baş naziri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib, Ermənistanın təxribatının qarşısının alınması ilə əlaqədar təbriklərini çatdırıb və öz dəstəyini ifadə edib.Milliö.Az Azərtac-a istinadən bildirir ki, dövlətimizin başçısı Azərbaycan Ordusunun təmas xəttində Ermənistanın təxribatının qarşısını qətiyyətlə aldığını və lazımi cavab verdiyini bir daha vurğulayıb.
Mənbə: Milli.Az
3 aprel 2016
GO BACK