Qadin.NET / Sabahdan qar və yağış geri qayıdır

Sabahdan qar və yağış geri qayıdır

Sabahdan qar və yağış geri qayıdır
Sabahdan ölkə ərazisində hava şəraiti dəyişir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 03-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir əsən güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 9-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında sabah hava şəraitinin bəzi yerlərdə dumanlı, çiskinli olacağı, səhər və gündüz şimal və qərb rayonlarından başlayaraq yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.Əvvəlcədən edilən xəbərdarlığa görə, aprelin 03-də Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, aprelin 03-ü axşamdan 04-ü səhərədək bəzi yerlərdə yağış yağacağı, intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında aprelin 03-ü gündüzdən 04-ü səhərədək hava şəraitinin qısa müddət qeyri-sabit keçəcəyi, yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. 

Mənbə: ANS PRESS

2 aprel 2016
GO BACK