Qadin.NET / Sarkisyan itkilərinin bir hissəsini etiraf etdi

Sarkisyan itkilərinin bir hissəsini etiraf etdi

Sarkisyan itkilərinin bir hissəsini etiraf etdi
Ermənistan prezidenti Serj Sarkisyan cəbhədəki döyüşlər zamanı ölən erməni hərbçilərinin sayının bir hissəsini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Milli təhlükəsizlik şurasının təcili iclasını keçirən Sarkisyan bildirib ki, döyüşlər zamanı Ermənistan SQ 18 hərbçisini itirib, 35 nəfər isə yaralanıb.Sarkisyan deyib ki, son döyüşlər 1994-cü ildən bu yana ən genişmiqyaslı hərbi əməliyyatlar olub.Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.Bu xəbəri bəzi erməni saytları da təsdiq edir. Belə ki, həmin saytlarda Ermənistan ordusunun itkilərinin 100-dən çox olması barədə məlumatlar yayılıb. 

Mənbə: ANS PRESS
2 aprel 2016
GO BACK