[center][/center]“Biz vəziyyətlə bağlı daxil olan informasiyaları diqqətlə araşdırırıq”. ANS PRESS-in məlumatına görə, bunu Rusiya Federasiyasının xarici işlər nazirliyinin rəsmisi Mariya Zaxarova Dağlıq Qarabağda münaqişə zonasındakı vəziyyətlə bağlı daxil olan informasiyaları şərh edərkən deyib.
Qeyd edək ki, erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində gərginlik yaranıb. Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yaranan gərginlik hələ də davam edir.Erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində bir mülki şəxs həlak olub, biri isə yaralanıb. Ölən şəxs Tərtərin Qarağacı kəndində məskunlaşmış məcburi köçkün Orxan Rəhimovdur. Onun qardaşı oğlu Cəlal Rəhimov isə yaralanıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilib.
Mənbə: ANS PRESS