Qadin.NET / Ermənistan prezidentini öldürmək istədilər

Ermənistan prezidentini öldürmək istədilər

Ermənistan prezidentini öldürmək istədilər
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) istintaq idarəsinin rəisinin birinci müavini Mikael Ambarsumyan İrəvanda keçirdiyi mətbuat konfransında ötən ilin noyabrında həbs edilmiş silahlı qrupun istintaqına dair bəzi detalları açıqlayıb. Onun sözlərinə görə, həmin qrupun əsas məqsədi Ermənistanda silahlı dövlət çevrilişi həyata keçirməkdən ibarət idi.

Qrupun hədəfində dövlət hakimiyyət orqanları, o cümlədən prezident iqamətgahı, parlament, Konstitusiya Məhkəməsi, habelə "Eyfel" adlandırılan İctimai Televiziya olub. Çevriliş noyabrın ortalarına planlaşdırılmışdı. Qrup polisin nəzarətinə sentyabr ayında düşüb. Milli.Az ANS PRESS-ə istinadən bildirir ki, MTX rəsmisi deyib ki, qrupu maliyyə və silahlarla təmin edən mənbə də müəyyən edilib. Maliyyəçinin kimliyi də artıq bəlli olub və ona qarşı ittiham irəli sürülüb. Məlum olub ki, bu cinayətin təşkilinə 65 min dollar ayrılıb. Adı açıqlanmayan şəxs Ermənistanda yaşayır və fəaliyyət göstərir. Silahların böyük qismi isə Qarabağ müharibəsindən qalanlar olub. 

Mənbə: Milli.Az

30 mart 2016
GO BACK