Qadin.NET / Tarixin ən cazibədar qadını açıqlandı

Tarixin ən cazibədar qadını açıqlandı

Tarixin ən cazibədar qadını açıqlandı
Bütün zamanların ən seksual qadını seçilib. ANS PRESS-in məlumatına görə, dünyada məşhur olan qadın alt geyimləri brendi "Victoria's Secret" bu nominasiyada qalibi seçib.  Bütün zamanların əsas gözəlçəsi adını qazanan isə bir neçə gün öncə Azərbaycanın şimal qonşusu olan Rusiyada milyarderin övladının toyunda bütün diqqətləri özünə çəkməyi bacaran Cennifer Lopezolub. Onu Kerri Vaşinqton və Demi Lovato izləyir. 

K.Vaşinqton ən seksual kinoaktrisa, Lovato isə müğənni seçilib.

Maraqlısı odur ki, seksuallıq kriteriyası ancaq qadınlara yox, həm yaşayış məskənləri, həm də heyvanlara aid edilib. Belə ki, Paris və Neşvill ən seksual şəhərlər, Fransız buldoqu Pippi isə "ən seksual" heyvan seçilib. Bu it müğənniCon Lecendə məxsusdur. 

"Victoria's Secret" 1995-ci ildə ABŞ-da Ohayo ştatında yaradılıb. Hər il şirkət "mələkləri"nin iştirakı ilə möhtəşən dəfilələr təşkil edir. "Mələklər" sırasında dünya şöhrətli modellər də var. Dünya şöhrətli aktrisa və müğənni Cennifer Lopez Moskvada azərbaycanlı modelyer Aysel Trudelin “AİZEL” butikinə baş çəkərək özünə geyim alıb. ANS PRESS-in məlumatına görə, ulduz aldığı geyimlərə təxminən 2,5 milyon rubl (36 min dollar) xərcləyib. CeyLo Beyonse, Enrike İqlesias, Elton Con, Stinq və Patrisia Kaasla birlikdə rusiyalı milyarder Mixail Qutseriyevin ikinci oğlu Səidin toyunda çıxış edib

Mənbə: ANS PRESS

29 mart 2016
GO BACK