Qadin.NET / Təyyarəni qaçıran şəxs həbs edildi

Təyyarəni qaçıran şəxs həbs edildi

Təyyarəni qaçıran şəxs həbs edildi
Bu gün səhər saatlarında "EgyptAir" aviaşirkətinə məxsus `Airbus A320` təyyarəsini qaçıran şəxs həbs olunub.Azvision.Az-ın məlumatına görə, bu barədə `Reuters` Kipr hökumətinə istinadən xəbər verib. 

Qeyd edək ki, bu gün İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarə qaçırılıb. Sərnişin təyyarəsi Cənubi Kiprin Larnaka hava hava limanına enib. Misir təyyarəsini qaçıran Kiprdə siyasi sığınacaq istəyib. Onun digər tələbləri barədə hələ məlumat yoxdur.

Mənbə: Milli.Az

 

29 mart 2016
GO BACK