Qadin.NET / Arda Turan: "Messi tarixin ən yaxşı futbolçusudur"

Arda Turan: "Messi tarixin ən yaxşı futbolçusudur"

Arda Turan: "Messi tarixin ən yaxşı futbolçusudur"
Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan "Barselona"ya ötən yay "Barselona"ya transferi barədə danışıb. Milli.Az Goal.Az-a istinadən xəbər verir ki, türk futbolçu bunları deyib:

"Barselona"ya transfer olunacağımı hiss edirdim. Düzü, belə düşünürdüm: "Yaxşı oynasam, "Arsenal"a keçə bilərəm. Lap yaxşı oynasam, "Barselona"ya gələcəm. Çünki komandanın oyun tərzinə uyğun gəlirəm. Oyun stili, sadə və lazımi hallarda aqressiv oynamaq bacarığı, səviyyəmə görə "Barselona"nın futbolçusu olacağımı bilirdim. Messi ilə bağlı olan hər şey inanılmazdır. O, topa nəzarət, driqlinq, təkbətək mübarizələrdə o qədər sürətlidir ki... Amma ən əsası taktiki planda Leonun nə dərəcədə ağıllı olmasıdır. Messi hər bir futbolçunu geridə qoyub. Çox ağıllıdır. Lakin burda olmağımın əsas səbəbkarı Messi deyil. "Barsa"ya Çempionlar Liqasının qalibi olmaq üçün gəlmişəm. Fikrimcə, Leo tarixin ən yaxşı futbolçusudur. Amma bu kluba titullar qazanmaq üçün gəlmişəm".

Mənbə: Milli.Az

29 mart 2016
GO BACK