Qadin.NET / Kasilyas dünya rekordu vurdu

Kasilyas dünya rekordu vurdu

Kasilyas dünya rekordu vurdu
İspaniya yığmasının və “Portu”nun əfsanəvi qapıçısı İker Kasilyas ikiqat rekord vurub. ANS PRESS-in məlumatına görə, Rumıniya ilə keçirilən yoxlama matçında start heyətində yer alan qolkiper 166-cı dəfə millinin formasını geyib.34 yaşlı qapıçı Avropada bu göstəricidə hər kəsi qabaqlayıb. Bundan əvvəlki rekord Latviya millisinin sabiq  yarımmüdafiəçisi Vitali Astafyevə məxsus idi. O, millinin heyətində 165 matçda meydana çıxıb. Kasilyasın daha bir rekordu 101-ci dəfə oyun qapısından topu keçirməməsidir. Kasilyas İspaniya yığmasında ilk dəfə 2000-ci ildə debüt edib. İker Kasilyas 2008 və 2012-ci ildə Avropa, 2010-cu ildə isə Dünya çempionu olub. Yoldaşlıq oyunu çərçivəsində keçirilən Rumıniya - İspaniya matçı qolsuz heç-heçə ilə başa çatıb.  

Mənbə: ANS PRESS

 

29 mart 2016
GO BACK