O, Türkiyənin könül bağları olan coğrafiyaların heç birində baş verənlərə biganə qala bilmədiklərini qeyd edib. "Məsələn, Balkanlarda yaşanan heç bir hadisəni görməməzlikdən, eşitməməzlikdən gəlmə imkanımız yoxdur. Eyni şəkildə Şimali Afrika, Qafqazdakı hadisələrə uzaq qalmaq lüksümüz yoxdur. Tarixin üzərimizə yüklədiyi bu öhdəliyin altından birlikdə qalxacağıq.Bizim millətə hərbçi millət deyilir. Tarix boyunca daima hərb sahəsindəki uğurlarımız, mübarizəmizlə ön plana çıxmışıq. Dövlət qurmaq, yaşatmaq sahəsindəki məharətimiz açıq-aşkar ortadadır".
Mənbə: ANS PRESS