Qadin.NET / Kikboksçu Ramal Aslanov dünya çempionu oldu

Kikboksçu Ramal Aslanov dünya çempionu oldu

Kikboksçu Ramal Aslanov dünya çempionu oldu
Almaniyanın Koblenz şəhərində peşəkarlar arasında keçirilən WMAO versiyasi üzrə (K-1) yarışda Azərbaycanlı peşəkar kikboksçu Ramal Aslanov uğura imza atıb. ANS PRESS-in məlumatına görə, Ramal finalda hollandiyalı Mervin Rozendtruik üzərində inamlı qələbə qazanaraq dünya çempionu olub. 

"Məşqçim Hakim Hacıyevə minnətdarlığımı bildirirəm"

Bununla idmançımız dünya kəmərinə sahiblənib. Qələbəsi barədə danışan Aslanov ona dəstək olan şəxslərə təşəkkürünü bildirib.“Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevə, Oqtay Mehdiyevə, mənimlə birlikdə illərdir əziyyət çəkən məşqçim Hakim Hacıyevə minnətdarlığımı bildirirəm. Dünya kəmərini Azərbaycana gətirdiyimə çox sevinirəm. Qələbələrimin ardı olacaq”, - deyə Ramal bildirib.

Mənbə: ANS PRESS

29 mart 2016
GO BACK