Qadin.NET / Şəhidin son məktubu

Şəhidin son məktubu

Şəhidin son məktubu
Şəhid olacağını əvvəldən hiss edib bir məktub yazan polis məmuru Mehmet Güngördünün "Olur da bir gün şəhid olsam" başlığı ilə qələmə aldığı məktubu oxuyanları göz yaşlarına boğub.

Milli.Az Xəzərxəbər.com-a istinadən bildirir ki, fevralın 9-da Şırnakda PKK-çı terroristlərin polis avtomobilinə raket hücumu nəticəsində şəhid olan polis məmuru Mehmet Güngördünün cənazəsi, Kayserinin Yeşilhisar mahalı Güzelöz Məhəlləsində təşkil edilən mərasimlə torpağa verilmişdi. Şəhidin həyat yoldaşı Hülya Güngördü tərəfindən cüzdanında  (portmanat) olan məktub isə oxuyanları göz yaşlarına boğub.

"Əsla kədərlənməyin, ağı deyib üsyan etməyin"

Həyat yoldaşı tərəfindən təhvil alınan əşyaları arasındakı pulqabında olan məktubunda  şəhid polis yazıb: "Olur da bir gün şəhid olsam, anam və atam əsla kədərlənməyin, yoldaşıma sahib çıxın. Canım həyat yoldaşım, özünü əsla üzmə, ailəmə, qardaşlarıma və özünə diqqət et. Səsimi duya bilərsinizmi, bilmirik. Prezidentimiz, baş nazirimiz və millət vəkilləri, polisinə və əsgərinə sahib çıx. Ölməkdən bir qorxum yox, Allahıma minlərlə şükür, imanımız və etiqadımız yerində, vətən sağ olsun. Haqqı olan haqqını halal etsin, mənim hər kimdə haqqım varsa, halal olsun. Ölməkdən bir qorxum yox  demişdim ya, yalnız ucuz ölmək zoruma gedər. Minaya basıb, şəhadətə çatmaq zoruma gedər, çünki minaya basdıqda dövlətimiz lazımi tədbiri almış olsaydı (Shortlandların altı zirehli olsaydı) mən və mənim kimilər ölməmiş olardı. Yenə də dediyim kimi, dövlətimiz, millətimiz və vətənimiz sağ olsun. Canımdan çox sevdiyim anam, atam, yoldaşım, qardaşlarım və oğulları, siz əsla kədərlənməyin, ağılar yandırmayın, üsyan etməyin. Allaha daima şükür edin. Qohumlarım, dayılarım, əmim, xalalarınız, xalam və ailəm üç günlük dünya üçün kimsənin ürəyini qırmayın, heç bir işə yaramaz və dəyməz. Polislik peşəmdə də o qədər adını tək-tək yazmağa səhifələr yetməyəcək qardaşlarım, böyük qardaşlarım, hamınızdan Allah razı olsun".

"Əlvida, şirin körpəm"

Məktubunun bir qisimini həyat yoldaşı Hülya Güngördüyə ayıran şəhid polis məmuru Mehmet Güngördü yoldaşını nə qədər çox sevdiyini yazaraq, bundan sonrakı həyatında xoşbəxt olmasını diləyib. Şəhidin məktubunda yoldaşı üçün qələmə aldığı sətirlər: "Canım yoldaşım, səni çox sevirəm. Acı-şirin günlərimiz oldu. Allahım səndən razı olsun, inşallah. Mənsiz həyatına davam et. Həyatını axışına burax. Mən sənsiz həyat düşünmədim. Tanıdığım günə vəsilə olanlara və Rəbbimə şükürlər olsun. Ailənə və ailəmə hər zaman sahib çıx. Kimsəni üzmə, kimsənin də səni üzməsinə icazə vermə. Sən onsuz da güclü bir şəxsiyyət sahibisən. Əlvida, şirin körpəm. Vətən sağ olsun. Vətən sağ olsun. Vətən sağ olsun". Şəhid polis məktubunun sonunda vəsiyyət edib ki, onu anası və atasının uyğun gördüyü yerdə dəfn etsinlər.

Mənbə: Milli.Az

 

28 mart 2016
GO BACK