Qadin.NET / Dünya bankı Abşeron göllərinin təmizlənməsinə yardım edəcək

Dünya bankı Abşeron göllərinin təmizlənməsinə yardım edəcək

Dünya bankı Abşeron göllərinin təmizlənməsinə yardım edəcək
Dünya Bankının Direktorlar Şurası 2017-ci i iyulun 18-də Azərbaycanın Abşeron yarımadasında göllərin təmizləmə və bərpası üzrə layihəni müzakirə edəcək.

ANS PRESS-in məlumatına görə, bu haqda informasiya  Dünya Bankının məlumatında deyilir.Güman edilir ki, bu layihənin qiyməti 100 milyon dollar təşkil edəcək. Onlardan 85 milyonu Dünya Bankın qrupuna daxil olan Beynəlxalq İnkişaf və Yenidənqurma Bankının hesabına, 15 milyon dollar isə ölkə hökumətin hesabına ödəniləcək.Layihə Bakının cənub-qərbində yerləşən dörd gölü -Xocahəsən, Lokbatan, Qırmızı və Qu göllərini əhatə edəcək.

Mənbə: ANS PRESS

28 mart 2016
GO BACK