Qadin.NET / Novruz Məmmədov “Hesabat”ın qonağı olub

Novruz Məmmədov “Hesabat”ın qonağı olub

Novruz Məmmədov “Hesabat”ın qonağı olub
“Qərb Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutmur”.

Bu sözləri Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandırarakən deyib.Qərblə Azərbaycan arasındakı münasibətlərə toxunan Novruz Məmməmdov münasibətlərin tədricən yoluna düşdüyünü, ölkəmizin Qərblə çox uğurlu və  faydalı əməkdaşlıq etdiyini bildirib.Avropa İttifaqının Riqa sammitinə toxunan Prezident Administrasiyası rəhbərinin müavini  Azərbaycanın ərazi bütövlüyünə laqeyid münasibət göstərildiyini və onun müzakirəyə çıxarılmasının istənilmədiyini, bu cür halların çox olduğunu bununda  mənfi hisslər doğurduğunu bildirib: “Biz sadəcə Azərbaycana qarşı ədalətli mövqenin nümayiş etdirilməsini istəyirik və beynəlxalq hüquq da bunu tələb edir”.Novruz Məmmədov İlham Əliyevin ABŞ-a gözlənilən səfərindən və Ermənistankütləvi informasiya vasitələrində - səfər zamanı prezidentlərin görüşünün reallaşacağı barədə yayılan xəbərə də aydınlıq gətirib. Bidirib ki, Ermənistan hansısa dairələri sakitləşdirmək üçün bu cür xəbərlər ortaya atır.Bunun əsas səbəblərindən birinin də Azərbaycan tərəfinin bu gün Minsk qrupu həmsədrlərinin fəaliyyətindən narazı olması ilə əlaqələndirən Novruz Məmmədov vurğulayıb: “Onların bu illər ərzindən apardığı iş heç bir nəticə vermir. Bu nöqteyi-nəzərdən onların fikir yayındırmaq üçün atdığı addımları başa düşmək olar. Bu görüşün olması ilə bağlı bizdə hər hansı bir məlumat yoxdur”.

Mənbə: ANS PRESS

 

28 mart 2016
GO BACK