Qadin.NET / Parkda ölənlərin sayı 70-ə çatdı: 29-u uşaqdı

Parkda ölənlərin sayı 70-ə çatdı: 29-u uşaqdı

Parkda ölənlərin sayı 70-ə çatdı: 29-u uşaqdı
Pakistanın şərqində yerləşən Lahor şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb. Report BBC-yə istinadən xəbər verir ki, onlardan 29 nəfəri uşaqdır.

Daha əvvəl polis komissarı müavini Məhəmməd Usman yaralananların sayının 190-na çatdığını bildirmişdi.Bu terror hücumuna görə, məsuliyyəti  "Taliban" hərəkatı öz üzərinə götürüb.Lahordakı bütün xəstəxanalar gücləndirilmiş rejimdə çalışır. Regionda təhlükəsizliyi təmin etmək üçün ordu işə salınıb.

Mənbə: Milli.Az

 

28 mart 2016
GO BACK