Qadin.NET / 26 dərəcə isti olacaq

26 dərəcə isti olacaq

26 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, martın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 15-20 dərəcə isti, bəzi yerlərdə 23 dərəcəyədək isti, Bakıda gecə 7-9 dərəcə isti, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Martın 25-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12 dərəcə isti, gündüz 18-23 dərəcə isti, bəzi yerlərdə 26 dərəcəyədək isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 19 dərəcəyədək isti olacağı gözlənilir.

Milli.Az

24 mart 2016
GO BACK