Rusiya Azərbaycan və Ermənistan tərəfləri ilə bərabər Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb problemin həllini istəyir. Trend-in məlumatına görə, bunu Rusiya XİN-in sözçüsüMariya Zaxarova deyib.
"Biz digər həmsədrləri ilə bərabər deyil, Azərbaycan və Ermənistan tərəfləri ilə bərabər bu çox mürəkkəb vəziyyətin həllini istəyirik", - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskva istəyir ki, bu məsələ gündəmdən çıxsın və münaqişə beynəlxalq hüquq əsasında həll olunsun.
Milli.Az