Qadin.NET / Bu səhnə bəşəriyyəti çox utandıracaq-video

Bu səhnə bəşəriyyəti çox utandıracaq-video

 

Bu səhnə bəşəriyyəti çox utandıracaq-video

Ötən gün virtual dünyada bütün bəşəriyyətin qanını donduran, insanlığın ləyaqətinin kobudcasına tapdalandığını əks etdirən 1,5 dəqiqəlik video-çarx yayılıb. ANS PRESS-in məlumatına görə, utancverici hadisə qərbi Avropada, İspaniyanın paytaxtı Madriddə cərəyan edir. Baş verən hadisənin tərəfləri isə Holandiyadan matça baxmaq üçün bu ölkəyə gedən holland futbol azarkeşləri və bir qismət çörək üçün Avropanın “mərhəmətinə” sığınan suriyalı qaçqınlardır. Bir qrup hollandiyalı futbol azarkeşi Çempionlar liqası çərçivəsində keçirilən Madridin “Atletiko” ilə Eyndhoven təmsilçisi PSV qarşılaşmasını izləmək üçün Madridə səyahət edib. Bir kafedə qarşılaşmanın başlamasını gözləyən azarkeşlər yaxınlıqda dayanan və böyük ehtimalla ac olan Suriya qaçqınlarına qarşı qeyri-insani hərəkətlər nümayiş etdirirlər. Hollandiyalı azarkeşlər qida və ya xırda pul olduğu güman olunan əşyaları yerə atır və qaçqın qadınların qaçaraq bu əşyaları toplamasını qəhqəhə ilə seyr edirlər. Hollandların bu qeyri-etik hərəkəti ətrafdan keçən insanlarda da ikrah doğurur.Video-çarx sosial şəbəkələrdə və insan hüquqları təşkilatları tərəfindən kəskin etirazla qarşılanıb. Suriyada artıq 5 ildir vətəndaş müharibəsi davam edir. Bu müddət ərzində yüz minlərlə insan ölüb, təxminən 7 milyonu ölkədə, 5 milyona yaxını ölkə xaricində olmaqla 13 milyondan çox suriyalı yaşadığı evdən və şəhərdən didərgin düşüb. Onların 2 milyonu Türkiyədə qaçqın düşərgələrində və ya fərdi şəkildə yaşamağa çaılışsalar da böyük əksəriyyəti daha yaxşı həyat üçün Avropanın yolunu tuturlar. Dözülməz və çətin şəraitdə davam edən bu yolçuluğu isə çox vaxt həyatları ilə ödəyirlər. 

 

Mənbə: ANS PRESS

16 mart 2016
GO BACK