Qadin.NET / Erməni deputatdan Ankara terrorçusuna dəstək

Erməni deputatdan Ankara terrorçusuna dəstək

 

Erməni deputatdan Ankara terrorçusuna dəstək

Türkiyədə anamüxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) erməni əslli deputatının Ankarada törədilən terror aktı barədə sosial şəbəkədə yazdığı mesaj ölkədə qalmaqala səbəb olub. ANS PRESS-in məlumatına görə CHP millət vəkili Selina Doğan“Twitter” səhifəsində terrorçu kamikadzeni zərərçikmiş kimi, törətdiyi teraktı haqlı göstərib.

 

Kəskin reaksiyalardan sonra erməni millət vəkili “səhv başa düşüldüm” deyərək qalmaqala səbəb olmuş tviti silib.“1992-ci il təvəllüdlü bir qadını, bədənini partladaraq ölüm saçmağa aparan səbəbləri müzakirə etmədikcə terrorla mübarizə yalandır.” – deyə Selina Doğan şəxsi “Twitter” səhifəsində yazmışdı.

Mənbə: ANS PRESS

16 mart 2016
GO BACK