Bildirilir ki, Rusiya prezidenti xarici işlər naziri Serqey Lavrov və müdafiə naziriSerqey Şoyquyla görüşdə bu barədə danışıb."Hesab edirəm ki, Müdafiə Nazirliyi qarşısına qoyulmuş tapşırıqları bütovlükdə yerinə yetirib. Buna görə sabahdan etibarən SuriyaƏrəb Respublikasından bizim hərbi birləşmələrimizn əsas hissəsinin çıxarılmasına başlamağı əmr edirəm", - deyə Putin bildirib.Daha əvvəl Fransa, Böyük Britaniya, Almaniya və İtaliya liderləri telefon söhbəti zamanı Suriyada vəziyyəti nizama salmaq üçün Suriya hakimiyyətinə təsir göstərmək xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
Mənbə: ANS PRESS