Türkiyədə gərgin gecə
Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında insident baş verib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumarta görə, əsasən vilayət mərkəzindəki Bağlar rayonunda yaşanan insidentdə terrorçular yolu kəsmək məqsədilə minik avtomobillərini yandırıblar. İriçaplı silahlarla təchiz olunmmuş terrorçular bu məqsədlə yoldan keçən avtomobilləri dayandıraraq qəsb ediblər. Hadisə yerinə təhlükəsizlik qüvvələrinin cəlb olunması ilə terrorçular ara küçələrdə gizlənərək qarşı tərəfə silah atəşi ilə cavab veriblər. İnsidentlər vaxtı PKK terrorçularının hərbçilərə qarşı qumbaraatan silahlardan istifadə etdiyi bildirilir.
15 mart 2016
GO BACK