Qadin.NET / Azərbaycanlılar bayram süfrəsinə gəlirlərinin 25%-ni sərf edəcəklər

Azərbaycanlılar bayram süfrəsinə gəlirlərinin 25%-ni sərf edəcəklər

Azərbaycanlılar bayram süfrəsinə gəlirlərinin 25%-ni sərf edəcəklər
Novruz bayramı Azərbaycanda səbirsizliklə gözlənilən bayramlardan biridir. Təkcə ona görə yox ki, martda ənənəvi olaraq bir həftə ərzində qeyri-iş günləri olur - bir çoxları bayramı  şəkərbura-paxlava yemək üçün gözləyir. Amma Novruzda masaya sadəcə şirniyyat qoyulmur. Novruz menyusunu xanımlar əvvəlcədən düşünürlər ki, bayramda ən dadlı və gözəl görünüşü olan yeməkləri bişirsinlər. Ailədən ailəyə bayram menyusu fərqlənsə də  müşahidələrimiz əsasında əhalinin böyük bir hissəsinin eyni yeməkləri hazırladığını söyləyə bilərik. ANS PRESS-in məlumatına görə, bayram axşamı süfrəyə isti yeməklərdən qaraltılı aş, toyuq ləvəngisi, yarpaq dolması, müxtəlif növ salatlar (adətən tək paytaxt salatı hazırlanır), desert kimi bayram şirniyyatları - paxlava və şəkərbura, qoğalı da bura əlavə etmək olar,  konfetlər, meyvələr qoyulur. Novruz bayramında spirtli içkilər içilmədiyindən masaya adətən meyvə şirələri, kompot, qazlı sular və s. qoyulur.Adətən əhali bayram süfrəsi haqqında hələ bayramdan xeyli əvvəl düşünür. Bayramqabağı ərzaqların qiymətlərinin iki dəfə qalxması bunun düzgün olduğunu göstərir. Novruzda büdcəsi çox az olan ailələr də çalışır ki, bayram günü süfrəsi boş qalmasın.Milli valyutanın dollar qarşısında 50% ucuzlaşmasını və bir sıra ərzaq və yeyinti məhsullarının qiymətlərinin artmasını nəzərə alaraq Novruz bayramında süfrə açmaq paytaxt sakinləri üçün kifayət qədər ciddi məbləğə başa gələcək.ANS PRESS paytaxtda sıravi ailənin bayram masasına nə qədər pul xərclədiyini araşdırıb. 1 kq düyünün qarası ilə birlikdə aşını süzmək 30 AZN-ə, qara qoyun ətindən olsa 32 AZN-ə başa gəlir, broyler toyuğundan ləvəngi 11 AZN, kənd çolpasından 14 AZN-ə, 1 kq dana və ya qoyun ətindən dolma 11-13 AZN, 10 pors paytaxt salatı isə 8,50 AZN-ə başa qəlir.
Azərbaycanlılar bayram süfrəsinə gəlirlərinin 25%-ni sərf edəcəklər

Azərbaycanlılar bayram süfrəsinə gəlirlərinin 25%-ni sərf edəcəklər


Mənbə: ANS PRESS

14 mart 2016
GO BACK