Ərdoğandan ilk açıqlama
"Türkiyə bölgədə yaşanan hadisələr nəticəsində son illərdə terror hücumlarının hədəfi olmaqdadır. Terror təşkilatları və onları maşa olaraq istifadə edənlər, təhlükəsizlik qüvvələri ilə mübarizədə uduzduqca ən əxlaqsız, ən vicdansız yollara baş vururlar. Onlar məsum vətəndaşları hədəfə alırlar". ANS PRESS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən günAnkaranın Qızılay meydanında baş verən terror hadisəsindən sonra verdiyi ilk açıqlamasında deyib. Prezident terror qurbanlarına Allahdan rəhmət, yaxınlarına isə səbr arzu edib. Onun sözlərinə görə, bu hücumlar ölkənin bütövlüyü, terrorla mübarizə əzminin sındırılmasına yönəlib. "Əziz millətimiz xain hücumlar qarşısında hər zamankından daha çox bir-birinə sarılır, terror, terrorçu və terrorun arxasında dayananlara qarşı birliyini nümayiş etdirir. Türkiyə bu çətin günləri də, əlbəttə, geridə qoyacaq. Dövlətimiz hər cür terror təhdidi qarşısında özünü müdafiə haqqından istifadə edəcək. Vətəndaşlarımız narahat olmasınlar, apardığımız terrorla mübarizə mütləq uğurla nəticələnəcək".
Mənbə: ANS PRESS
14 mart 2016
GO BACK