Qadin.NET / Məktəblərdə tətil günləri açıqlandı

Məktəblərdə tətil günləri açıqlandı

Məktəblərdə tətil günləri açıqlandı
Novruz bayramı ərəfəsində ümumtəhsil müəssisələrində şagirdlər üçün nəzərdə tutulan tətil günlərinin vaxtı açıqlanıb. Bu barədə ANS PRESS-ə Təhsil Nazirliyindən məlumat verilib. 

"Bayramın ilk günü bazar gününə təsadüf etdiyindən bayramdan əvvəlki həftənin dərs günlərində dəyişiklik olmayacaq.  Belə ki, altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində mart ayının 19-u, beşgünlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 18-i dərs günüdür", - deyə nazirlikdən bildirdilər.Verilən məlumat görə, mart ayının 20-nin bazar gününə düşməsi ilə əlaqədar martın 25-i iş günü hesab olunmur. Bununla əlaqədar bayramdan sonra altıgünlük iş həftəsi ilə işləyən məktəblərində martın 26-ı, beşgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrdə isə martın 28-i dərs günü olacaq.Nazirlər Kabineti 2016-cı ildə Novruz bayramında qeyri-iş günləri haqqında qərar verib. Qərara əsasən, bu il 20, 21, 22, 23, 24 mart Novruz bayramı kimi qeyd ediləcək. 20 mart bazar gününə təsadüf etdiyi üçün həftənin bir günü qeyri-iş gününə təsadüf edir.26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramında 8 gün istirahət etmək mümkün olacaq. Bu isə mart ayının 20, 21, 22, 23, 24, 25, 26 və 27-dir. 

Mənbə: ANS PRESS

 

14 mart 2016
GO BACK