Qadin.NET / Hava xəbərdarlığı

Hava xəbərdarlığı

Hava xəbərdarlığı
Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə,  martın 15-16-da Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.Martın 15-də güclü şimal-qərb küləyi əsəcək. Martın 14-ü axşamdan 18-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Temperatur tədricən 3-5 dərəcə enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.Bakıda və Abşeron yarımadasında martın 15-də- ilaxır çərşənbə günü arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq.Atmosfer təzyiqi 750 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında da sabah arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 8-13, dağlarda gecə 0-5, gündüz 1-6 dərəcə isti olacaq.Martın 15-dən 16-sı gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyi, havanın temperaturunun enməsi, rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.  

Mənbə: ANS PRESS

 

14 mart 2016
GO BACK