Ermənilərə ən yaxın dostları hesab etdikləri Rusiyadan zərbə. ANS PRESS-in məlumatına görə, Rusiya ilə Türkiyə arasında baş verən hərbi təyyarə qalmaqalından bir gün sonra - ötən ilin 25 noyabrında Dövlət Dumasının alt palatasına təqdim edilən qondarma erməni soyqırımını inkar qanun layihəsi gündəmdən çıxarılıb. Bu layihə hökümət və Konsitutsiya məhkməsi tərəfindən qanunazidd sayılaraq gündəmdən çıxarılıb. Rusiya parlamentinin alt palatasının vitse spiketi Nikolay Leviçev bu barədə məlumat verib. O, qanun layihəsinin müzakirəsi üçün müsbət cavab almadıqlarını qeyd edib.
"Parlament olaraq biz fevralın 8-dən Rusiya hökumətindən cavab gözlədik. Ancaq layihə üçün yaşıl işıq yanmadı. Buna görə də layihə zamanı bitdiyi üçün geri çəkilib. Hökumətin bu məsələni müzakirə etməməyə cavab verməməsinin səbəbi Rusiya qanunlarında etnik cinayətlərə gözə cəzanın onsuzda olmasıdır".Gündəmdən düşən qanun layaihəsində qondarma soyqırımı inkar edənlərə astronomik cəzalar nəzərdə tutulurdu. 6-10 min manat civarında pul cəriməsi və ya 3 ilə kimi həbs. Əgər bu, kütləvi informasiya vasitələrinin köməyilə edilibsə, azadlıqdan məhrum olma müddəti isə 5 ilə qədər artırıla bilər.Ötən ilin 25 noyabr tarixində "Ədalətli Rusiya" franksiyasından olan deputatlarSergey Mironov və Nikolay Levçiyev bu barədə layihəni parlamentə təqdim etmişdilər. Bu dəyişiklik layihəsində Osmanlı imperiyası zamanı - 1915-ci ildə baş verən hadisələrin "erməni soyqırımı" olmasını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutur.
Mənbə: ANS PRESS