Qadin.NET / "Azərbaycan-Türkiyə münasibətləri qardaşlığa nümunədir"

"Azərbaycan-Türkiyə münasibətləri qardaşlığa nümunədir"

 

"Azərbaycan-Türkiyə münasibətləri qardaşlığa nümunədir"

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasında iki günlük rəsmi səfərdədir.

 

Səfər Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarının ziyarəti ilə başlanıb. Anıtqəbir önünə əklil qoyan nümayəndə heyətimiz Türk xalqının böyük oğluna ehtiramlarını ifadə edib. Milli Məclisin sədri Anıtqəbirdəki xatirə kitabını imzalayıb.Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətimizi səmimiyyətlə salamlayan Türkiyə Prezidenti Azərbaycan xalqı və ölkəmiz haqqında xoş sözlər söyləyib.

Mənbə: ANS PRESS

11 mart 2016
GO BACK