Rusiyanın idman naziri Vitali Mutko 2019-cu ilin Avropa Oyunlarının ölkəsində keçirilməsi ehtimalını istisna edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Mutko deyib: "Ölkəmizdə heç bir 2019-cu ilin Avropa Oyunları olmayacaq.Əvvəla, Rusiyada böyük idman yarışlarının təqvimi artıq çoxdan yazılıb.İkincisi, belə böyük yarışların keçirilməsinə ərizə verməyin məqsədəuyğun olmadığı bir sıra səbəblər var - bu, həm cari iqtisadi, həm də siyasi vəziyyətdir.Avropa Olimpiya Komitələrinin (EOK) İcraiyyə Komitəsinin nümayəndələri öz şəxsi rəyləri, şəxsi istəklərini ifadə edə bilərlər. Lakin mən təkrar edirəm: biz bu yarışları dəqiq keçirməyəcəyik".Xatırladaq ki, EOK-un İcraiyyə Komitəsi 2015-ci ilin noyabrında bəyan etmişdi ki, Rusiya 2019-cu il Avropa Oyunlarının keçirilməsinə yeganə namizəddir.İlk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.
Mənbə: Milli.Az